Almaniya kansleri Angela Merkel “Suddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə bəzən müəyyən siyasi siqnalları

paltarlarının rəngi ilə əlaqələndirdiyini açıqlayıb.

Merkel geyimlərini muzeylərə bağışlamaq fikrində olmadığını dilə gətirərək bildirib ki, geyimləri  ehtiyacı olanlar üçün ikinci əl paltarları toplama məntəqələrinə aparılır. Kansler bir daha geyimlərini muzeylərə vermədiyini vurğulayıb. (TASS)

Qeyd edək ki, 16 il Almaniya kansleri kimi fəaliyyət göstərmiş Angela Merkelin yəqin ki, siyasət aləmində, təkcə paltarlarının rəngi ilə bağlı deyil, bir çox bilmədiyimiz və bilməyəcəyimiz sirləri var. Lakin siyasət aləminin məşhur xanım siyasətçisinin geyimlərini ehtiyacı olanlara bağışlanması üçün ikinci əl geyimləri toplayan məntəqələrə təslim etməsi isə hər gün eşitmədiyimiz xəbərlərdəndir.

Və sonda xatırladaq ki, Merkelin geyindiyi kostyumların pencəklərində qarışıq deyil, yalnız bir rəng parçadan istifadə olunub...

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA