Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda Türk Şurasının Media forumunda çıxışı edib... Əsas mövzulardan biri düşmənin yalan informasiyalarına qarşı birgə mübarizə olub... H.Hacıyev deyib: "Türk dünyasına, ölkələrimizə qarşı beynəlxalq səviyyədə dezinformasiya və "feyk nyus" kampaniyaları aparılır. Bu kampaniyalara qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycan müstəqilliyinin ilk günündən belə kampaniyaların əsas hədəflərindən olub. Təəssüf ki, bu gün də ölkəmizə qarşı belə kampaniyalar aparılır. Bu kampaniyalara qarşı mübarizənin ən önəmli yolu həqiqətin düzgün formada çatdırılmasıdır. Bu həqiqətin çatdırılmasında bizim birgə, koordinasiyalı şəkildə işləməmiz və bir-birimizə qarşılıqlı şəkildə dəstək verməyimiz çox vacibdir.
Eyni zamanda yeni sosial media tendensiyalarının yaxından izlənilməsi və təcrübə mübadiləsinin aparılması olduqca vacibdir ki, bununla da ölkələrimizi və vətəndaşlarımızı spekulyativ xarakter daşıyan bir sıra kənar təsirlərdən və təzyiqlərdən qorumuş olarıq. 44 günlük müharibə zamanı biz Azərbaycana qarşı bu kimi hücumların şahidi olduq”.
Bəli, döyüş meydanında uduzan düşmən həmişə gücü feyk məlumatların yayılması ilə özünü xilas etməyə çalışmasıb. Ermənistanın bu cür təbliğatdan istifadə etməsinin yüz illərdir şahidiyik: guya Qarabağda min illərdir yaşayırlar, guya Şuşa qədim erməni şəhəridir və s. Şükür ki, Azərbaycan ordusu 44 günlük döyüşü ilə bu feyklərə də, düşmənin işğalçılığına da son qoydu...
A.Məmmədli