HƏFTƏBECƏR
Müğənni Manaf Ağayev 15 sutkalıq həbsdən çıxandan sonra açıqlama vemişdi ki, bir çox sənət dostları onu məyus edib. Bunların içində Mətanət Əsədova da olub və bu səbəbdən müğənni ilə küsülü olduğu bildirilirdi. Amma bu günlərdə Mətanət Əsədovanın xəstələndiyini və komada olduğunu eşidən Manaf Ağayev humanistlik göstərərək, müğənni xanımı ziyarət etmək üçün xəstəxanaya gedib. Bu zaman məlum olub ki, Mətanət Əsədovanın komaya düşməsi yanlış məlumatdır.
P.S. Yəqin Manaf Ağayevlə görüşən kimi dərhal komadan ayılıb və sevindiyindən küsülü olmağı da yadından çıxıb...