Əsas məzmuna keç

İndoneziyada baş verən güclü zəlzələ minlərlə insanı evsiz qoydu – ölənlərin sayı artıb

İndoneziyada xilasedicilər dünən baş verən güclü zəlzələdən sonra cəsədləri çıxarmağa davam edirlər.

Associated Press-in hökumət məlumatlarına istinadən verdiyi məlumata görə, ölənlərin sayı 51 nəfərə çatıb.

Ən azı 101 nəfər yaralanıb, 900-dən çox ev dağılıb, daha 450-si isə zərər görüb.

5000-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ İndoneziyanın şərqində, mərkəzi 10 kilometr dərinlikdə baş verib.

Yerli meteoroloqlar 7,7 bal gücündə zəlzələdən sonra 235 təkrar təkan olduğunu bildirirlər.

Sunami xəbərdarlığı verilib, lakin sonradan ləğv edilib.

Xilasedicilər zərbənin əsas hissəsini çəkən Flores adasında işlərini davam etdirirlər. Mütəxəssislər torpaq sürüşməsi ilə bağlanmış dağıntıları və yolları təmizləyirlər.

 

JASMİN

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…