Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı qanunvericilik təşəbbüsü təqdim etdi…
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası (İAQMQHT) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qanunvericilik təşəbbüsü və Çərçivə Sənədini ictimaiyyətə təqdim edib. Təşəbbüs rəqəmsal platformalarda artan risklərin, o cümlədən onlayn istismar, manipulyasiya və insan alveri təhlükələrinin qarşısının alınmasına yönəlib.
Koalisiya qeyd edir ki, rəqəmsal mühit uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, onları gizli və transsərhəd risklərlə üz-üzə qoyur. Mövcud hüquqi və institusional mexanizmlərin bu çağırışlara tam cavab vermədiyi nəzərə alınaraq, daha çevik və effektiv hüquqi alətlərin tətbiqi zəruri hesab olunur.
Təkliflər paketinə əsasən:
Çərçivə Sənədi rəqəmsal risklərin idarə olunması üçün kompleks yanaşma təqdim edir. Sənəddə risklərin erkən aşkarlanması, çoxsəviyyəli monitorinq sistemi (ailə, təhsil və milli səviyyələr), mərhələli müdaxilə prosedurları və uşaqların reabilitasiyası üzrə mexanizmlər əks olunub.
Sənəddə texnoloji həllərə də xüsusi yer verilir. Açar söz və davranış analizinə əsaslanan monitorinq sistemləri, anonim müraciət platformaları və süni intellekt əsaslı risk qiymətləndirmə alətləri vasitəsilə erkən xəbərdarlıq və operativ müdaxilə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Maarifləndirmə istiqamətində məktəblərdə təlim proqramlarının təşkili, valideynlər üçün bələdçilərin hazırlanması və ictimai məlumatlandırma kampaniyalarının həyata keçirilməsi planlaşdırılır.
Koalisiya vurğulayır ki, təqdim olunan model hüquqi, texnoloji və sosial yanaşmaları birləşdirərək uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasını gücləndirməyə xidmət edir.
İAQMQHT bütün dövlət qurumlarını, vətəndaş cəmiyyəti institutlarını və tərəfdaşları bu təşəbbüsə dəstək verməyə və uşaqların təhlükəsiz rəqəmsal gələcəyi naminə birgə fəaliyyət göstərməyə çağırır.
Qeyd: Təşəbbüs aşağıdakı qurum və şəxslərə təqdim olunub: