Əsas məzmuna keç

İranda 800 nəfərin edam qərarı dayandırıldı, amma…

İran hakimiyyəti siyasətini dəyişdi və Trampın xəbərdarlıqlarından sonra 800 nəfərin edam qərarını dayandırdı. Tezadlar.az Reuters-ə istinadla  xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib. Sitat: “Prezident və onun komandası İrana qətllərin davam edəcəyi təqdirdə ağır nəticələrə səbəb olacağını bildirib. Dünən planlaşdırılan və baş tutması nəzərdə tutulan 800 edam dayandırılıb. Prezident və onun komandası bu vəziyyəti yaxından izləyir və bütün variantlar hələ də masada qalır”.

Xarici medianın yazdıqlarına görə, son etirazlardan sonra ölkədə 2500 nəfərin öldürüldüyü, on minlərlə etirazçının həbs edildiyi bildirilir.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…