İşıqlandırmada istifadə edilən “İliç lampaları” Azərbaycanda da qadağan edilə bilər…

Elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilə bilər.

TEZADLAR.AZ  xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağandır:

– 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən;

– 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları 2026-cı il iyulun 1-dən.

Qeyd edək ki, közərmə lampası Edison lampası olaraq da adlandırılır, istilik yaradan bir filament (volfram, 3000 dərəcə Selsidə əriyən) vasitəsilə elektrik cərəyanı keçirərək işləyir. Spiral istiliyi konsentrasiyada saxlayır, filamenti 2000 dərəcədən çox temperatura qədər sərinləşdirir. Közərmə zamanı filament qırmızı dəmir kimi parlayan işıq saçır. Filamentin temperaturu nə qədər yüksəkdirsə, işıq da bir o qədər parlaq olur.

Bundan əlavə, açıq rəng yalnız sarıdır. Və közərmə lampası altında obyektin rəngi kifayət qədər real deyil (Ra çox aşağıdır). Volfram filamentinin sublimasiyası səbəbindən ömrü o qədər də uzun deyil.

Közərmə lampaları artıq dünyada populyarlığını itirməkdədir. Onlar ucuz olsa da, yeni texnologiyalı lampalardan dəfələrlə artıq enerji işlədir. Lakin led lampaların insan orqanizminə zərələri barədə də kifayət qədər məlumatlar yayılıb.

JASMİN

Xəbəri paylaş

18 Mart