Əsas məzmuna keç

İslamı qəbul edən məşhur blogerdən yeni təşəbbüs – VİDEO

whatsapp image at ..

Cənubi Koreyada tanınan bloger Daud Kim İslam dinini qəbul etdikdən sonra yeni təşəbbüsü ilə diqqət mərkəzinə düşüb.

Tezadlar.az xəbər verir ki, o, ölkəsində məscid inşa etdirmək niyyətində olduğunu açıqlayıb.

Bloqerin sözlərinə görə, planlaşdırılan layihə təkcə ibadət məkanı kimi fəaliyyət göstərməyəcək. Eyni zamanda burada İslam dini ilə bağlı media, maarifləndirmə və məlumatlandırma istiqamətində müxtəlif fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Daud Kim bildirib ki, bu təşəbbüs İslam haqqında düzgün məlumatın yayılmasına və insanlar arasında qarşılıqlı anlayışın formalaşmasına töhfə verməyi məqsəd qoyur.

Onun açıqlaması sosial şəbəkələrdə geniş maraq doğurub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…