Ötən gecə İspaniyada sürətli qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatdı. Tezadkar.az Reuters- ə istinadla xəbər verir ki, ən azı 100 nəfər də xəsarət alıb, onlardan 30- nun vəziyyəti ağırdır. Qəzanın başvermə səbəbləri araşdırılır.
İlkin məlumata görə, qatar relsləri gözlənilmədən aralanıb və şpallar yerindən çıxıb.







