Əsas məzmuna keç

İspartada bir kanyonda qalan 14 İHH könüllüsündən biri vəfat edib

İspartanın Sütçüler rayonunun Yazılı Kanyon ərazisində qalan 14 İHH könüllüsündən birinin cəsədi tapılıb.

Tezadlar.az xəbər verir ki, İsparta Valiliyindən verilən yazılı açıqlamada bildirilib ki, 112 Təcili Yardım Mərkəzinə İstanbuldan olan 14 İHH könüllüsündən ibarət qrupun Yazılı Kanyon ərazisində itkin düşdüyü barədə məlumat daxil olub. Bundan sonra əraziyə AFAD (Fəlakət və Təcili Yardım İdarəetmə Başçılığı), Jandarma Axtarış və Xilasetmə, İsparta Bələdiyyəsi Axtarış və Xilasetmə və Milli Tibbi Xilasetmə Qrupu (UMKE) göndərilib.

Məlumatda əlavə edilib ki, qrupun yeri pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə müəyyən edilib və axtarış və xilasetmə işləri nəticəsində bir nəfərin cəsədi tapılıb.

Məlumatda kələ-kötür və çətin ərazidə qalan 13 nəfərin xilas edilməsi üçün səylərin davam etdiyi və Afyonkarahisar, Antalya, Burdur, Kastamonu, Konya və Dənizlidən 28 nəfərin və 8 nəqliyyat vasitəsinin AFAD-ın (Fəlakət və Təcili Yardım İdarəetmə Başçılığı) koordinasiyası altında əraziyə göndərildiyi bildirilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…