Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail Vaşinqtonun Tehranla danışıqları ilə bağlı ABŞ-a bir neçə tələb irəli sürüb.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS İsrail televiziyasının 12-ci kanalına istinadən məlumat yayıb.
İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında Qüdsdə keçirilən görüşün məzmunu ilə tanış olan yüksək vəzifəli mənbə bildirib ki, İsrail tərəfi dörd tələb irəli sürüb.
Bu tələblərə İranın mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatlarını başqa ölkəyə köçürməsi və Tehranın daha da nüvə zənginləşdirməsindən imtina etməsi daxildir. Bundan əlavə, İsrail İranın ballistik raket istehsalını məhdudlaşdırmasını və Yaxın Şərqdəki müttəfiq qüvvələrinə maliyyələşdirməni və təchizatı dayandırmasını tələb edir.
Bir müddət əvvəl İranın Ali Lideri Əli Şamxani bildirib ki, ABŞ Tehrana hücum edərsə, İsrail qanuni hədəf olacaq. Müşavir vurğulayıb ki, zərbələrin miqyası ABŞ-ın hərəkətlərindən və addımlarından asılı olacaq, lakin cavab “mütənasib olmalıdır”.
E.ŞİRİNOV