22 Noyabr 2025 / 21:39

İsrail Qəzza Zolağında HƏMAS-ın beş komandirini öldürüb

Netanyahunun ofisi zərbələrin fələstinlilərin atəşkəsi pozmasına cavab olaraq həyata keçirildiyini qeyd etdi.

Tezadlar.az xəbər verir ki, Baş nazir Binyamin Netanyahunun ofisi bu gün İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza Zolağında Fələstin HƏMAS hərəkatının beş komandirini öldürdüyünü açıqlayıb.

“İsrail beş yüksək vəzifəli HƏMAS terrorçusunu öldürüb”, – bəyanatda deyilir.

İsrail Baş nazirinin ofisi zərbələrin fələstinlilərin atəşkəsi pozmasına cavab olaraq həyata keçirildiyini qeyd edib.

Daha əvvəl Livan İMQ-nin ölkənin cənubundakı ərazilərə hava hücumları həyata keçirdiyini bildirmişdi.

İsrail əvvəllər Hizbullahın hərbi infrastrukturunu hədəf alaraq öz yaraqlı qanadının rəhbərliyini məhv etdiyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!