15 Dekabr 2025 / 11:27

İtaliyadan Rusiya ilə münaqişə barədə təəccüblü açıqlama

İtaliyanın Baş nazirinin müavini və Liqa partiyasının lideri Matteo Salvini Rusiya ilə silahlı münaqişəyə qarşı çıxdı və dialoqa çağırdı.

Tezadlar.az bildirir ki, bu barədə askanews xəbər verir.

Siyasətçi qeyd edib ki, bir neçə Avropa ölkəsinin liderləri diqqəti öz daxili problemlərindən yayındırmaq üçün Ukraynadakı sülh prosesini boykot edirlər.

O bildirib ki, İtaliya onların nümunəsini izləmək və Moskva ilə potensial münaqişəyə qarışmaq istəmir.

“Biz Rusiya ilə müharibədə deyilik. Uşaqlarımın Rusiyaya qarşı döyüşməsini istəmirəm. Bir ölkənin altı min nüvə başlığı olduqda, ən yaxşı yol dialoqdur”, – Salvini vurğulayıb.

Bundan əvvəl Belçikanın müdafiə naziri Teo Franken Rusiya ilə bağlı həddindən artıq cəsarətli açıqlamalarını əsaslandırmağa çalışmışdı.

Nazir aydınlaşdırıb ki, “pis mətbuat” onun “Moskvanı məhv etmək” barədə sözlərini səhv şəkildə xəbər verib və şərh edib; əslində o, Rusiyanı təhdid etməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!