4 Fevral 2026 / 16:59

İxtisas təhsili olmayanlar psixoloq kimi çalışa bilməyəcəklər

Qazaxıstan Respublikasında bütün psixoloqların məlumatları vahid reyestrə daxil ediləcək.

Tezadlar.az  Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, parlament plenar iclasda “Qazaxıstan Respublikasında psixoloji yardım haqqında” qanun layihəsi üzərində işləməyə başlayıb.

Qazaxıstan Parlamentinin deputat Asxat Aymaqambetovun qeyd etdiyi kimi, qanun layihəsi ilk dəfə olaraq psixoloji yardımın göstərilməsi prosedurunu hüquqi cəhətdən tənzimləyəcək.

“Bu, vətəndaşların psixoloji (psixi) sağlamlığının qorunması istiqamətində atılan mühüm addımdır.  Qanun layihəsi psixoloji yardım xidmətlərinin səlahiyyətlərini, onların növlərini və məzmununu müəyyən edəcək və psixoloqlar üçün vahid standartlar tətbiq edəcək. Bütün psixoloqların məlumatları vahid reyestrə daxil ediləcək. Bu müddəa ixtisas təhsili olmayan insanların girişinə maneə yaratmağa yönəlib”, – deyə Məclis üzvü izah edib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!