Əsas məzmuna keç

Kadırovun oğlu yeni təyinat aldı

Çeçenistan lideri Ramzan Kadırovun böyük oğlu Axmat yeni təyinat alıb.

Tezadlar.az bildirir ki, bu barədə Axmat Kadırov Telegram-da məlumat verib.

Hazırda Çeçenistan hökumətinin baş nazirinin müavini vəzifəsində çalışan Axmat Kadırov indi respublikada təhsilə nəzarət edəcək.

Respublikanın rəhbərinin oğlu təyinatı ilə bağlı qeyd edib ki, “Təhsil həmişə cəmiyyətimizin və dövlətimizin inkişafının təməl daşlarından biri olub və belə də qalır”.

Bir müddət əvvəl Ramzan Kadırov oğlu Adamın iştirakı ilə baş verən yol qəzası ilə bağlı şayiələrə münasibət bildirib. Respublika rəhbəri bu xəbərləri yalan adlandırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…