Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Kənar Dairəvi yolda yük maşını aşıb, Sumqayıt istiqamətində sıxlıq yaranıb






