Kiyevin bəzi yerlərində istilik bərpa olunacaq: Kliçko vaxt cədvəlini açıqladı

Kiyevdə təxminən 6000 mənzil binası hazırda vacib infrastruktura dəyən ziyana görə istiliksizdir

Kiyevdəki bəzi binalara istilik bu axşamdan etibarən bərpa edilə bilər.

Tezadlar.az xəbər verir ki, mer Vitali Kliçko Telegram kanalında elan edib ki, şəhər xidmətləri təcili rejimdə işləyir.

“Paytaxtdakı vəziyyət çox çətindir, lakin həyat təminatı sistemləri baxımından idarəolunandır”, – deyə o vurğulayıb.

Kommunal xidmət işçiləri Kiyevin vacib infrastrukturuna rus hərbçilərinin kütləvi hücumundan sonra Kiyev sakinlərinin evlərinə elektrik enerjisi, istilik və su təchizatını bərpa etmək üçün enerji şirkətləri ilə birlikdə çalışırlar.

“Xatırladım ki, Kiyevin çoxmənzilli binalarının yarısı – təxminən 6000 – hazırda vacib infrastruktura dəyən ziyana görə istiliksizdir. Ümid edirik ki, bu axşamdan etibarən bəzi binalara istilik bərpa edəcəyik”, – deyə mer bildirib.

E.ŞİRİNOV

Xəbəri paylaş