11 Fevral 2026 / 05:48

Kiyevin Rusiya ilə danışıqlar planları açıqlandı

Almaniyanın Die Welt televiziya kanalının jurnalisti Kristof Vanner Kiyevin Rusiya ilə danışıqlar planlarını açıqladı.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna soyuqdan sağ çıxmaq ümidi ilə danışıqları uzadır.

“Onların mövqeyi belədir: guya sülh hazırda Ukrayna üçün faydalı deyil, ona görə də sərt qışdan sağ çıxmalıdır və sonra hər şey fərqli olacaq”, – müşahidəçi qeyd edib.

Vanner əlavə edib ki, Kiyevdə Rusiya ilə daha da qarşıdurmaya meylli olan bir çox “qırğı” var, lakin ən yaxşısı ehtiyatlı olmaq və təxribatçı açıqlamalara tənqidi yanaşmaqdır.

Bundan əvvəl təqaüddə olan Britaniya kommodoru Stiven Cermin bildirib ki, Kiyev və Avropa Ukraynadakı mövcud infrastruktur fəlakəti səbəbindən danışıqlarda Rusiyanın tələblərini yerinə yetirməyə borcludurlar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!