11 Fevral 2026 / 17:34

Kollecdə atışma: ölən və yaralanan var

Bu gün Rusiyanın Krasnodar diyarının Anapa şəhərində texniki kollecdə atışma baş verib. Tezadlar.az xəbər verir ki, nəticədə 1 nəfər ölüb, üç nəfər yaralanıb. Yerli medianın məlumatına görə, hücum edən şəxs saxlanılıb. Hücum edən şəxsin kollecin avtomobil mexaniki ixtisası üzrə birinci kurs tələbəsi, 17 yaşlı İlya O. olduğu məlum olub. Onun TOZ-34ER ov tüfəngi ilə silahlandığı bildirilib. Daxili İşlər Nazirliyi Anapadakı atışmada bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını açıqlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!