Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avqustun 10-da Cənubi Amerika ölkəsi olan Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 294-ə çatıb.
Tezadlar.az xəbər verir ki, Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsi (UNGRD) ölkədə baş verən 7,4 bal gücündə zəlzələdən sonrakı vəziyyətlə bağlı yenilənmiş məlumat yayıb.
Məlumata görə, ölənlərin sayı 294-ə, yaralıların sayı 3935-ə, itkin düşənlərin sayı isə 320-yə çatıb.
Zəlzələ 15 əyalətdə 448 şəhərə təsir göstərib, 54008 ailəyə və ya ümumilikdə 115461 nəfərə təsir edib.
Bu arada, hökumət yenidənqurma planı hazırlayır. Plan Prezident Abelardo de la Espriellanın göstərişlərinə uyğun olaraq hazırlanacaq. İş Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsi, Mənzil Nazirliyi, müəssisələr, yerli hökumətlər, dövlət və özəl sektor təşkilatları, maliyyə qurumları və əməkdaşlıq təşkilatları arasında koordinasiyanı əhatə edəcək.
Tədbirlərin və resursların əlaqələndirilməsi hökumət tərəfindən təsirlənmiş bölgələrin bərpası üçün yaradılmış “Möcüzə Fondu” vasitəsilə həyata keçiriləcək.
UNGRD-nin məlumatına görə, dünənə qədər zəlzələdən sonra 256 afterşok baş verib; bunlardan 17-si 3.0 baldan, ikisi isə 4.0 baldan böyük olub.
Üç günlük milli matəm elan edilib
10 avqustda ölkədə baş verən 7.4 bal gücündə zəlzələdə həyatını itirənlər üçün üç günlük “milli matəm” elan edildiyi bildirilib.
Prezident de la Espriella zəlzələdə ən çox itki verən şəhər olan Pereira şəhərində verdiyi açıqlamada ölkənin müxtəlif bölgələrinə təsir edən zəlzələdə evlərini itirən ailələrə kirayə yardımının göstəriləcəyini bildirib.
ELBAR