Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Koreya Respublikası hökuməti uzun müddətdən sonra ilk dəfə Rusiya ilə qapalı məsləhətləşmələr apardı.
Tezadlar.az bildirir ki, bu barədə “News1” diplomatik mənbələrə istinadən məlumat verib.
Agentlik qeyd edib ki, Cənubi Koreya Xarici İşlər Nazirliyinin Şimali Koreyanın nüvə proqramından məsul rəsmisi bu yaxınlarda Moskvaya səfər edərək Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Burmistrov və digər müvafiq rəsmilərlə qapalı görüş keçirib.
Bunlar iki ölkənin rəsmiləri arasında KXDR ilə bağlı məsələlər üzrə uzun müddətdən sonra ilk təsdiqlənmiş təmaslardır. Rusiya və Cənubi Koreya xarici işlər nazirləri arasında görüş sentyabr ayında baş tutub.
“Diqqətəlayiq haldır ki, bu təmaslar gələn il Koreya yarımadasında vəziyyətdə gözlənilən dəyişikliklər fonunda baş tutub”, – deyə hesabatda bildirilir.
Daha əvvəl Şimali Koreya Yaponiyanın Ukrayna böhranından öz militarizasiya siyasətini irəli aparmaq üçün istifadə etdiyini bildirmişdi. Qeyd olunur ki, hazırkı Yaponiya hökuməti əvvəlki kabinetlərdən daha təhlükəli hərbi addımlar atır.
E.ŞİRİNOV