Əsas məzmuna keç

LAÇINDA “SAĞLAM HƏYAT” GÜNLƏRİNƏ START VERİLİB

Müstəqillik Günündə Gənclər və İdman Nazirliyi Laçın şəhərində “Sağlam həyat” günlərinə start verib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Laçın bulvarında təşkil edilən tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, uzunluğa tullanma, topatma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

“Sağlam həyat” günləri layihəsi ilk dəfədir işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…