12 Noyabr 2025 / 08:15

Litva sərhəd məsələlərində Belarusa güzəşt etməkdən imtina etdi

Litva hökuməti sərhəd vəziyyətinin həllində Belarusa güzəşt etməyə meylli deyil.

Tezadlar.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikası Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Deyvidas Matulionis LRT milli radiosunda bildirib.

Məsləhətçi bildirib ki, “Litva hökumətinin bu məsələni həll etməsini istərdim. Sərhəd komissarları işləyir, amma bizim tərəfimizdən heç bir güzəştdə məna görmürəm”.

Matulionis əlavə edib ki, sərhədin bağlanması qərarı Belarus ərazisindən hava şarlarının buraxılması səbəbindən verilib. Onun sözlərinə görə, bu, Litvanı konkret tədbirlər görməyə məcbur edib.

Oktyabrın sonunda Litva Belarusla sərhədini bir ay müddətinə bağladı və Vilnüsün qaçaqmalçılıq üçün istifadə edildiyini və mülki aviasiya üçün təhlükə yaratdığına inandığı ölkənin hava məkanında hava şarlarının olmasını əsas gətirdi. Buna cavab olaraq Minsk Litva və Polşada qeydiyyatdan keçmiş yük maşınlarının Belarus ərazisindən hərəkətinə qadağa qoyub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!