Litva hakimiyyəti Belarusla sərhədin qeyri-müəyyən müddətə bağlanması təklifini müzakirə edəcək.
Tezadlar.az xəbər verir ki, Litvanın Baş naziri İnqa Ruqinene bildirib.
“Biz artıq müəyyən istisnalarla Belarusla sərhədin qeyri-müəyyən müddətə bağlanması barədə qərar hazırlamışıq… Diplomatlar və diplomatik çantalar, eləcə də Belarusdan olan vətəndaşlarımız və Aİ vətəndaşları səyahət edə biləcəklər, lakin bütün digər nəqliyyat vasitələri bağlanacaq”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Daha əvvəl Litva prezidenti Gitanas Nauseda Kalininqrada tranzitin məhdudlaşdırılmasını təklif etmişdi.
E.ŞİRİNOV







