Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Çin dilini mənimsəmək üçün onu öyrənməkdən qorxmaq lazım deyil
Bir müddət əvvəl Belarus lideri əvvəllər Honkonqda baş konsul vəzifəsində çalışmış Tatyana Xarlapı “Çin-Belarus Sənaye Parkı “Böyük Daş” Administrasiyası” dövlət qurumunun rəhbəri təyin etmişdi.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko ondan Çin dilini öyrənib-öyrənmədiyini soruşub. Xarlap mənfi cavab verib və dili öyrənməyin çox çətin olduğunu qeyd edib.
“Bu, dili öyrənməməyinizə görədir. Si Cinpinlə yaxınıq; ailə kimi görüşürük. O dedi ki, ən vacib şey Çin dilini öyrənməkdir. Onun sözlərini xatırlayıram: ondan (Çin dilindən – red.) qorxmağa ehtiyac yoxdur. “Bu heroqlifləri çəkmək üçün rəssam olmalısan.” Əsas məsələ qorxmamaqdır”, – deyə Lukaşenko bildirib.
O, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Çin dilində sərbəst danışdığını və əvvəllər tərcüməçi kimi çalışdığını qeyd edib. Bu barədə “Pul Pervogo” Telegram kanalı məlumat yayıb.
18 iyun 2025-ci ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putin nəvəsinin Pekində müəlliməsi ilə Çin dilində sərbəst danışdığını açıqlayıb. Dövlət başçısı həmçinin ölkədə Çin dilinə artan marağın olduğunu qeyd edib.
E.ŞİRİNOV







