17 Fevral 2026 / 13:32

Lukaşenko sanksiyalar altında ölkələrin birləşdirilməsi ideyasını dəstəklədi

Belarus prezidenti Aleksandr Lukaşenko sanksiyalar altında ölkələrin birləşdirilməsi ideyasını dəstəkləyib.

Tezadlar.az bildirir ki, bu barədə BelTA məlumat verib.

Respublika başçısı bildirib ki, artıq məhdudiyyətlər 50 ölkəyə təsir edib.

“Beləliklə, Rusiya Xarici İşlər Nazirliyi Ali Dövlət Şurasının (Birlik Dövlətinin – red.) sədri kimi mənə müraciət edib ki, məsələni nəzərdən keçirək və sanksiya altında olanların hamısını birləşdirək”, – deyə o qeyd edib.

Belarus lideri əmin olduğunu bildirib ki, ölkələr birləşib razılığa gələrsə, sanksiyaları tətbiq edənlər qorxudulacaq.

Bundan əvvəl Avropa Birliyinin diplomatiya rəhbəri Kaya Kallas 20-ci sanksiya paketi üzərində işin fevral ayında başa çatacağını bildirmişdi. Onun sözlərinə görə, birlik Ukrayna hərbçiləri üçün təlim missiyasını genişləndirməyi və Ukrayna ərazisində əsgərlərə təlim verməyə başlamağı düşünür.

Eyni zamanda, Dövlət Dumasının sədri Vyaçeslav Volodin avropalı siyasətçiləri sanksiya siyasətlərinə görə istefa verməyə və dünya nizamına daha məsuliyyətli yanaşan digər qüvvələrə yol verməyə çağırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!