8 Dekabr 2025 / 13:49

Luvr Muzeyinin yenə başı dərddə – bu dəfə suya qərq olub…

Parisdəki Luvr Muzeyini çirkli su basıb. 

Tezadlar.az xəbər verir ki, Su sızmasından ən çox Misir Antik Əsərlər Kitabxanasına ziyan dəyib.

Fransanın BFM TV televiziya kanalının məlumatına görə, su basması 300-400 qədim kitaba ziyan vurub.

Luvr Muzeyinin baş direktorunun müavini Fransis Steynbokun jurnalistlərə verdiyi məlumata görə, ən qədim kitablar 19-cu əsrin sonlarına aiddir. Su altında qalan kitablar arasında dövri nəşrlər, arayış kitabları və arxeoloji jurnallar da var. O, bunların qiymətli kitablar olmadığını əlavə edib.

Muzey bildirib ki, su basmanın səbəbi kitabxananın istilik və ventilyasiya sistemindəki su sızmasından olub. Bu, klapanın təsadüfən açılması səbəbindən baş verib. Sızma 26 noyabr axşamı aşkar edilib. Televiziya kanalının məlumatına görə, həmin vaxt kitabxana ən azı üç saat bağlı qalmışdı.

Qeyd edək ki, oktyabrın 19-da dörd cinayətkar  forkliftlə Luvr  Muzeyinə daxil olublar.  Apollo Qalereyasındakı vitrinlərə girdikdən sonra ümumilikdə doqquz zərgərlik əşyasını oğurlayıblar.

Daha sonra isə Belçikadan olan iki TikToker Luvr təhlükəsizlik xidmətindən yayınaraq rəsmlərini gizlicə Leonardo da Vinçinin “Mona Liza” əsərinin yanındakı divara asmağı bacarıblar.

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!