27 Oktyabr 2025 / 08:12

Macarıstan Rusiya neftindən ona görə imtina edə bilməz ki…

Rusiya neft satışından imtinalarla ciddi iqtisadi sımağa çəkildiyi bir vaxtda Putin 14 min km- lik məsafəyə uçan raket istehsal etdiklərini müzakirə edir… Ölkə ehtiyat maliyyə mənbələrini də qalib gələ bilmədiyi hərb meydanında göyə sovutur. Məqsəd birdir: imperiya maraqları ölkəni buna sürükləyib!

Bu arada Macarıstan enerji təchizatı məsələsinə realist yanaşır və Rusiya neftindən imtina etmək imkanında deyil. Tezadlar.az CNN- Türk- ə istinadla xatırladır ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Fox News” telekanalına müsahibəsində bildirib. Sitat: “Əgər real baxsaq, biz Rusiya neftindən imtina edə bilmərik”.

Hazırda Avropa ölkələrinin əksəriyyəti ilə yanaşı, Hindistan və Çin də Rusiya neftinin alışından tamamilə imtina etməkdədir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!