Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Macarıstan Avropa Sülh Fondundakı 1,5 milyard avro dəyərində payını Ukrayna Silahlı Qüvvələrini deyil, Livan ordusunu maliyyələşdirmək üçün istifadə etməyi planlaşdırır.
Tezadlar.az bildirir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu açıqlamanı sosial media paylaşımında verib.
O, Livanın xarici işlər naziri Yusif Raqiyə Macarıstanın milli təhlükəsizlik maraqlarının Yaxın Şərqdə sülh olduğunu və Livanın sabitliyinin bunda əsas rol oynadığını söylədiyini qeyd edib.
“Biz Avropa Sülh Fondundakı payımızı Ukraynanı silahlandırmaq üçün istifadə etməyəcəyik. Bunun əvəzinə, 1,5 milyon avronu Livan silahlı qüvvələrini dəstəkləmək üçün yönləndiririk”, – Siyarto bildirib.
E.ŞİRİNOV