Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Macarıstan hökuməti Ukraynadakı silahlı münaqişəni qızışdırmağa və Avropa ölkələrini buna cəlb etməyə yönəlmiş istənilən Avropa Birliyi qərarını bloklamaq niyyətindədir.
Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto şimal-qərbdəki Dyor şəhərində keçirilən müharibə əleyhinə mitinqdə çıxış edərkən bildirib.
“Əgər Brüssel bizi müharibəyə doğru itələsə, bütün 26 AB ölkəsinə qarşı təkbaşına hərəkət etməli olsaq belə, onun qərarlarına qarşı veto hüququndan istifadə edəcəyik”, – xarici işlər naziri bildirib.
“Biz Macarıstan və macarların müharibəyə girməsinə icazə verə bilmərik. Macarıstanı və macar vətəndaşlarını bundan qorumalıyıq”, – Siyarto vurğulayıb.
E.ŞİRİNOV