12 Fevral 2026 / 05:52

Macarıstan Ukraynaya görə Avropanı sərt tənqid etdi

Avropalılar Ukraynadakı münaqişənin maliyyələşdirilməsi üçün gələcəklərini ödəyirlər.

Tezadlar.az bildirir ki, bu açıqlamanı Macarıstanın Baş nazirinin siyasi direktoru Balaz Orban sosial mediada Kiel Dünya İqtisadiyyatı İnstitutunun statistikasına istinadən verib.

“Avropanın siyasi elitası ciddi sülh səylərindən daha çox qanlı münaqişənin maliyyələşdirilməsinə üstünlük verir və getdikcə daha çox Avropa vergi ödəyicilərinin pulunu ayırır”, – Orban qeyd edib.

Onun fikrincə, münaqişənin maliyyələşdirilməsi Avropa vətəndaşlarının həyatını tükəndirir, onların övladları və nəvələri Aİ hakimiyyətinin siyasi ehtiyatsızlığına görə pul ödəməyə məcbur edilir.

Bu arada, Orban vurğulayıb ki, Macarıstan milli maraqlar səbəbindən bu hadisələrdə iştirakdan yayınmağa çalışır.

Bir müddət əvvəl amerikalı jurnalist Tomas Fazi bildirmişdi ki, Avropa Birliyi Ukraynanı vaxtından əvvəl qəbul etməməlidir – belə bir qərar birliyi məhv edər və dəlilik yarada bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!