Əsas məzmuna keç

Macarıstanda yol qəzası: 12 nəfər ölüb

Macarıstanda magistral yolda hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq xəndəyə aşıb.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə macar polisi açıqlama yayıb.

Bildirilib ki, qəza nəticəsində 12 nəfər ölüb, yaralananlar var.

Avtobus Budapeştdən təxminən 140 kilometr şərqdə aşıb. Polisin verdiyi açıqlamada qəzaya sürücünün sükan arxasında yuxuya getməsi səbəb kimi göstərilir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…