Əsas məzmuna keç

Macyar Rusiya diplomatlarının Macarıstandan qovulmasına belə şərh verib

Macarıstanın Baş naziri Peter Macyar Budapeştin on rus diplomatını ölkədən çıxarmaq qərarına münasibət bildirərək, ölkənin suverenliyinin qorunmasını əsas gətirib.

Tezadlar.az xəbər verir ki, siyasətçinin bəyanatı X sosial media platformasında dərc edilib.

O yazıb: “Macarıstan hökuməti Budapeştdəki Rusiya səfirliyindən on diplomata ölkəni tərk etməyi əmr edib. Onlar Macarıstanda diplomatlar üçün qəbuledilməz olan fəaliyyətlərlə məşğul olublar. Biz ölkəmizin suverenliyini müdafiə edəcəyik”.

Daha əvvəl Macarıstanın xarici işlər naziri Anita Orban Budapeştin on rus diplomatını ölkədən çıxarmaq qərarına gəldiyini açıqlayıb. Onun sözlərinə görə, ölkədən çıxarılan Rusiya səfirliyinin əməkdaşları Macarıstanda “Vyana Konvensiyasına uyğun olaraq diplomatlar üçün qəbuledilməz olan” fəaliyyətlərlə məşğul olublar. Orban vurğulayıb ki, görülən tədbirlər Rusiya ilə diplomatik münasibətlər təsir etmir.

Rusiyanın Macarıstandakı səfiri Yevgeni Stanislavov rus diplomatlarının ölkədən çıxarılmasını Budapeştin dostcasına olmayan hərəkəti adlandırıb. Diplomatın sözlərinə görə, Macarıstan hakimiyyətinin Rusiya ilə dialoq kanallarını açıq saxlamaq və praqmatik əməkdaşlığı davam etdirmək istəyi barədə açıqlamaları heç bir əhəmiyyət kəsb etmir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…