Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Meksikanın şimal-qərbində yerləşən Hermosillo şəhərində mağazada baş verən yanğın nəticəsində dördü uşaq olmaqla azı 22 nəfər ölüb. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, daha 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Yanğının partlayış nəticəsində baş verdiyi bildirilir.
Qəzet yanğınsöndürmə idarələrinə istinadən xəbər verir ki, yanğın mağazanın girişində başlayıb və çoxlu sayda alıcı içəridə qalıb.
Sonora ştatının səlahiyyətliləri hadisə ilə bağlı araşdırmalara başlayıb. Mümkün səbəblərə texniki nasazlıq və yanan materialların mümkün olması daxildir.
Regional qubernator Alfonso Durazo həlak olanların ailələrinə başsağlığı verib və yaralılara yardım göstərilməsini əmr edib. Hermosillo bələdiyyə hökuməti Ölülər Günü festivalı üçün planlaşdırılan mədəni tədbirləri ləğv edib.