MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) direktoru Rafael Qrossi ABŞ və İsrailin Yaxın Şərqdəki hədəflərə endirdiyi zərbələrdən sonra İranla dialoqun bərpa olunduğunu elan etdi.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti” onun sözlərini sitat gətirir: “Biz işi bərpa etməyə və müəyyən bir dialoq qurmağa nail olduq… qeyri-kamil, mürəkkəb və son dərəcə çətin, amma mövcuddur”.
Əvvəllər MAQATE-nin yaxın günlərdə İranın nüvə obyektlərini yoxlayacağı bildirilirdi.
E.ŞİRİNOV







