Milyarder bildirib ki, komandası “Star Trek”i sadəcə fantaziya deyil, gerçəkləşdirmək istəyir
Amerikalı milyarder, Tesla və SpaceX şirkətlərinin sahibi Elon Mask sürpriz bir açıqlama verib.
Tezadlar.az xəbər verir ki, “Clash Report”-a görə, o, “Star Trek”i gerçəkləşdirmək istədiyini açıqlayıb.
“Biz “Star Trek”i gerçəkləşdirmək istəyirik. Biz “Star Fleet Academy”ni gerçəkləşdirmək istəyirik, ona görə də bu, həmişə elmi fantastika deyil”, – Mask bildirib.
Milyarder həmçinin bu layihənin necə həyata keçiriləcəyini təsəvvür edib: “İnsanları daşıyan, digər planetlərə uçan böyük kosmik gəmilər… və nəticədə, Günəş sistemimizdən kənara”.
Bundan əvvəl Mask şirkətin uçan avtomobil hazırladığına işarə etmişdi. Onun sözlərinə görə, yeni avtomobil ilin sonuna qədər təqdim oluna bilər.
E.ŞİRİNOV







