4 Fevral 2026 / 17:54

Matviyenkonun Moskvaya dəvət etdiyi Simonyan Lavrovla görüşəcək

Rusiya Federasiyasına səfəri zamanı Alen Simonyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Tezadlar.az  xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiya paytaxtına səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Tərəflər ikitərəfli münasibətləri, eləcə də regiondakı vəziyyəti müzakirə etmək niyyətindədirlər. Onlar, həmçinin AİB-ə inteqrasiya sahəsində əməkdaşlığa diqqət yetirəcəklər.

Qeyd etmək lazımdır ki, Simonyan və Ermənistan nümayəndə heyətinin digər üzvləri 4-7 fevral tarixlərində Rusiyada olacaqlar.

Ermənistan Parlamentinin sədri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti ilə Rusiyaya səfər edəcək.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!