Əsas məzmuna keç

Məhkum olunmuş hakerdən inanılmaz kələk: 15 məhbusun cəzasını azaltdı…

Rumıniyada kiberfırıldaqçılıqda təqsirli bilinən, Tırqu Jiu qraflığındaki islah müəssisəsində cəza çəkən məhkum həbsxananın informasiya sisteminə müdaxilə edərək 15 məhbusun cəza müddətini azaldıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rumıniyanın Din Politica portalı məlumat yayıb.

Şübhəli həbsxana xəstəxanasında müalicə olunan zaman idarəçi hüquqları olan bir işçinin hesab məlumatlarına daxil olur. Nəşr xəbər verir ki, Tırqu Jiu-ya qayıtdıqdan sonra o, bazadakı məlumatları dəyişməyə başlayıb. Bununla da haker məhbusların cəzalarını azaldıb və alış-verişə xərclədikləri pulları hesablarına qaytarıb. Qanun pozuntuları təsərrüfat şöbəsinin əməkdaşı tərəfindən təsadüfən aşkar edilib: satınalmalardan sonra hesablardakı məbləğlər azalmayıb. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

 

Jasmin

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…