Əsas məzmuna keç

Məkkədə Banqladeş vətəndaşları olan qadın və kişinin başı qılıncla kəsildi – etikadan kənar davranışa görə…

Səudiyyə Ərəbistanında Məkkə şəhərindəki Məscidül-Haram ərazisində ictimai etikaya zidd hərəkətlər törətməkdə ittiham olunan iki Banqladeş vətəndaşı edam edilib.

Tezadlar.az  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi bəyanatda edam olunan şəxslərin Nuzurulislam Əbdülbasiri və Seti Ahter olduğu bildirilib. Onlar müqəddəs məkanın toxunulmazlığını və mənəvi dəyərlərini pozmaqda ittiham ediliblər.

Hadisədən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslər barəsində istintaq aparılıb və məhkəmə prosesi başa çatıb. Məhkəmənin yekun qərarı və ali təsdiqdən sonra ölüm hökmü icra olunub.

Yayılan görüntülərə əsasən, onların başları qılıncla kəsilərək edam edildiyi bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə hadisə ilə bağlı yayılan paylaşımlarda iddia edilir ki, həmin şəxslər bal ayında olan evli cütlük imiş və onların cəsədləri vətənlərinə başları kəsilmiş halda qaytarılıb. Lakin bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…