17 Dekabr 2025 / 11:42

Merts Aİ-nin Rusiya aktivləri ilə bağlı qərarını proqnozlaşdırmışdı

Avropada dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı narahatlıqlar davam edir, ona görə də Aİ üzv dövlətlərinin 18 dekabrda keçiriləcək sammitdə razılığa gələ bilib-bilməyəcəyi qeyri-müəyyəndir.

Tezadlar.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts ZDF televiziyasında qərarın qəbul edilmə şanslarını qiymətləndirib.

“Mövcud vəziyyətə əsasən deyərdim ki, uğur qazanma ehtimalımız 50/50-dir”, – deyə o bildirib.

Mertsin sözlərinə görə, qərar indi verilməlidir, çünki Rusiya ordusunun irəliləməsi səbəbindən belə bir fürsət artıq mövcud olmaya bilər.

Bir müddət əvvəl “The New York Times” qəzeti Kiyevə Rusiya aktivlərindən istifadə etməklə “təzminat krediti” verilməsi barədə qərar qəbul edəcək Aİ liderlərinin 18 dekabrda keçiriləcək görüşü səbəbindən bu həftənin Ukrayna və Avropanın gələcəyi üçün həlledici ola biləcəyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!