Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın sıfırdan yenilənməsi lazımdır və Almaniya Sosial Demokrat Partiyası (SPD) və Xristian Demokrat Birliyi/Xristian Sosial Birliyi (CDU/CSU) alyansı artıq bu işə başlayıb.
Tezadlar.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bunu bildirib və onun çıxışı “Phoenix” kanalı tərəfindən yayımlanıb.
“Ölkənin təməli sabitdir. Lakin onu sıfırdan modernləşdirmək və yeniləmək lazımdır”, – deyə kansler vurğulayıb.
Mertsin sözlərinə görə, CDU/CSU-SPD koalisiyası artıq Almaniyanın “yenidən qurulması işinə” başlayıb. O, hakim koalisiyadan “daha yaxşı hökumət olmadığını” iddia edib. Merts əlavə edib ki, Almaniyada “ideologiya dövrü” bitib və bundan sonra ölkə öz maraqlarını müdafiə etməyi öyrənməlidir.
Daha əvvəl Merts Almaniyada hərbi xidmətə çağırışın bərpa edilməsinin mümkünlüyünü irəli sürmüşdü.
E.ŞİRİNOV