Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya kansleri Fridrix Merts Ukraynadakı münaqişəni həll etmək üçün Rusiya ilə birbaşa dialoqu bərpa etməlidir.
Tezadlar.az xəbər verir ki, bu çağırışı Kolumbiya Universitetinin professoru Ceffri Saks öz YouTube kanalında edib.
O xatırladıb ki, vəzifəyə başladıqdan dərhal sonra Almaniya baş naziri Rusiya prezidenti Vladimir Putinə etibar edilə bilməyəcəyini bildirib və Moskva ilə dialoqdan imtina edib.
“Bu, ya son 25 ilin əsas hadisələri barədə əsassız məlumatsızlığı, ya da bu faktlara qəsdən etinasızlığı nümayiş etdirir. Ümid etmək olar ki, bu, sonuncudur”, – deyə ekspert qeyd edib.
O, həmçinin qeyd edib ki, Münhen Təhlükəsizlik Konfransı zamanı Merts Macarıstanın Baş naziri Viktor Orbanın həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya lideri ilə dialoq qurmaq cəhdlərini pisləyib.
“Bu gün ən təhlükəli ritorikalardan bəziləri Almaniyadan gəlir”, – Saks yekunlaşdırıb.
E.ŞİRİNOV