Merts Zelenskini Ukraynanın məhkəmə sistemində islahat aparmağa çağırdı

Zelenski istintaqa nəzarət edəcəyinə və Avropa ölkələrinin etimadını bərpa edəcəyinə söz verib

Almaniya kansleri Fridrix Merts prezident Vladimir Zelenski ilə telefon danışığı zamanı onu ölkənin enerji sektorundakı korrupsiya qalmaqalı ilə əlaqədar Ukraynanın məhkəmə sistemində islahat aparmağa çağırdı.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya kabinetinin sözçüsü Stefan Kornelius bildirib.

Kornelius kabinetin saytında bildirib ki, “Kansler Almaniya hökumətinin Ukraynanın korrupsiya ilə qətiyyətlə mübarizə aparacağına və xüsusilə qanunun aliliyi sahəsində islahatların davam etdiriləcəyinə dair gözləntilərini vurğulayıb”.

Öz növbəsində, Zelenski Mertsə istefa vermiş Ukraynanın ədliyyə naziri Herman Qaluşşenko və energetika naziri Svitlana Qrinçukla bağlı istintaqda şəffaflığı təmin edəcəyinə söz verib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti