Əsas məzmuna keç

Məşhəddə etirazçılar bayrağı endirdi

İranda etirazçılar ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə dövlət bayrağını endirərək cırıblar.

Tezadlar.az xəbər verir ki, bu, ölkədə etirazların miqyasının genişləndiyini göstərən növbəti hadisədir.

Məlumata görə, etirazçılar daha əvvəl üç şəhərə nəzarəti ələ keçiriblər. Onlardan sonuncusu Tehranın Xəzər dənizi və digər bölgələrlə əlaqəsini təmin edən mühüm nəqliyyat qovşağı sayılan Kərəc şəhəri olub.

Qeyd edək ki, İranda iqtisadi vəziyyətə etiraz olaraq kütləvi aksiyalar keçirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…