Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məşhur amerikalı aktrisa və prodüser Sara Mişel Gellar Nyu-York şəhərində açıq-saçıq geyimdə küçədə gəzib.
Tezadlar.az xəbər verir ki, şəkillər “Instyle” tərəfindən dərc edilib.
“Buffy the Vampire Slayer” serialının 48 yaşlı ulduzu, şəffaf krujeva dəsti və üzərindən gödəkçə olan tünd qırmızı rəngli geyimdə fotoqraflar qarşısında poza verib. Məşhur düz ətək və büstqalter geyinərək, dərisinin bir hissəsini ortaya qoyub. O, görünüşünü uyğun ayaqqabılarla tamamlayıb.
Gellar bildirib ki, məqsədi gənc görünmək deyil, daha çox sağlam görünməkdir. “Baxın, çətindir, amma yenidən 20 yaşında olmaq istəmirəm. 20 yaşlı bir gəncin möhkəm, cazibədar dərisinə sahib olmağın əleyhinə deyiləm, amma artıq belə olmaq istəmirəm. Və inanıram ki, çox şey daxili amillərdən asılıdır”, – deyə o, müsahibəsində etiraf edib.
Aktrisa həmçinin “Scooby-Doo” filmlərindəki Dafna Bleyk rolu ilə də şöhrət qazanıb.
2024-cü ilin yanvar ayında Sara Mişel Gelların yeni fotolarında görünməsi internetdə mübahisələrə səbəb oldu. Bəzi pərəstişkarları aktrisanın dəyişmiş bədən quruluşu və üz ifadəsindən narahat idilər.
E.ŞİRİNOV