Məşhur investisiya şirkətinin direktoru rüşvət aldığına görə edam edildi

Çin məhkəməsi təxminən 156 milyon dollar məbləğində rüşvət almaqda təqsirli bilinən China Huarong International Holdings investisiya şirkətinin keçmiş baş direktoru Bay Tyanhueya üçün çıxardığı edam hökmünü həyata keçirib.

Tezadlar.az   xəbər verir ki,  Mingpao portalının Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən verdiyi məlumata görə, 2014-cü ildən 2018-ci ilə qədər Bay Tyanhueya vəzifəsindən istifadə edərək başqalarına layihələr əldə etməyə və maliyyələşdirmə almağa etməyə kömək edib.

Bunun müqabilində o, qanunsuz olaraq 1,108 milyard yuan (təxminən 156 milyon dollar) məbləğində nağd pul və maddi aktivlər əldə edib.

2024-cü ildə məhkəmə onu xüsusilə böyük miqdarda rüşvət aldığına görə edam cəzasına məhkum edib, siyasi hüquqlarından məhrum edib, eyni zamanda, əmlakını müsadirə edib.

Bay Tyanhueya digər işlərin həlli üçün vacib dəlillər təqdim etməklə istintaqa kömək edib, lakin bu addımı da ona kömək etməyib – apellyasiya şikayəti rədd edilib.

Beləliklə, 9 dekabr 2025-ci ildə Tianjin şəhərinin orta instansiya məhkəməsi Ali Xalq Məhkəməsinin təsdiqi ilə hökmü icra edib.

 

JASMİN

Xəbəri paylaş