13 Fevral 2026 / 18:35

Metro büdcəsinin bir hissəsi trolleybuslara yönəldilib

Ermənistan İstintaq Komitəsi “Açapnyak” metro stansiyasının layihələndirilməsi ilə bağlı iş üzrə istintaqa başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Qurumdan bildirilib ki, iş səhlənkarlıq faktı üzrə başlanıb. Komitədə digər təfərrüatlar açıqlanmayıb.

Daha əvvəl verilən məlumata görə, İrəvan meriyasında stansiyanın layihələndirilməsi üzrə sənədlərin natamam olduğu müəyyən edilib, ilkin layihəyə yenidən baxılıb, işlərin həcmi azaldılıb, buna baxmayaraq, layihəni hazırlayan şirkətə köhnə müqaviləyə əsasən 1,8 milyard dram (4,78 milyon dollar) ödənilib. Yeni “Açapnyak” metro stansiyasının inşası üçün nəzərdə tutulmuş vəsaitin bir hissəsi 45 trolleybusun alınmasına yönəldilib. Bundan başqa, hökumət kommunal xidmətlərə görə ödənişin qismən kompensasiya edilməsi üçün sərhəd rayonlarının sakinlərinə layihə büdcəsindən təxminən 300 min dollar vəsaitin ayrılmasına qərar verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!