Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Politoloq Ərəstun Əlizadə tezadlar.az-a bu barədə danışdı:
-Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfərini təbi ki, rəsmi Moskva diqqətdə saxlayacaq. Bakı hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu gün də dəstəkləyir. Təsadüfü deyil ki, ölkənin birinci şəxsi tərəfindən belə, Ukraynanın işğalçı Rusiyaya qarşı apardığı mübarizə ən yüksək səviyyədə dəstəklənmişdir. “Rusiya-Ukrayna müharibəsi dərhal dayandırılmalıdır, ukraynalılar isə işğal ilə heç vaxt barışmamalıdır” -fikirləri məhz prezident İlham Əliyevin dilindən səsləndirilmişdir. Götürdükdə Moskva-Bakı münasibətləri bu gün də gərgindir. Münasibətlərdəki gərginlik heç də birilərinin fikirləşdiyi kimi mülayimləşməyibdir. Son iki üç gün içərisində də Rusiya tərəfdən Putinin danışan dilləri ilə Bakının təhdid edilməsi, fikirlərimizin nə qədər doğru olduğuna dəlalət edir… Və bu təhdidlər fonunda Bakı-Kiyev münasibətlərinin isti səviyyədə saxlanılması… Bu təqdirəlayiq haldır. Qeyd edim ki, Ceyhun Bayramovun Kiyevə rəsmi səfəri çərçivəsində ilk olaraq ukraynalı həmkarı Andrey Sibiqa ilə birlikdə Ukraynanın azadlığı uğrunda həlak olmuş müdafiəçilərin Xatirə Memorialını ziyarət etməsi yenə də Bakının mövcud mövqeyini bir daha təsdiqləyir. Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında təkbətək görüş, daha sonra nümayəndə heyətləri arasında geniştərkibli görüşlərin keçirilməsi və bu görüşlərdə Azərbaycan-Ukrayna münasibətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunması, eləcə də iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulanması hər iki tərəf üçün də bu gün üçün çox vacibdir…
A.Məmmədli