Əsas məzmuna keç

MOSKVADA SURİYA İLƏ BAĞLI DÖRDTƏRƏFLİ GÖRÜŞ PLANLAŞDIRILIB

Türkiyə, Rusiya, Suriya və İranın hərbi və kəşfiyyat idarələrinin rəhbərləri çərşənbə axşamı Moskvada görüşəcəklər.

Tezadlar.az bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar məlumat verib.

“Çərşənbə axşamı Moskvada Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin görüşü keçiriləcək. Məqsədimiz danışıqlar yolu ilə mövcud məsələləri tez bir zamanda həll etmək və regionda sülh və əmin-amanlığı təmin etməkdir”, – türkiyəli nazir TRT-də bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…