Əsas məzmuna keç

Moskvaya doğru uçan 6 PUA vurulub

Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru yola düşən daha üç PUA-nı vurub.

Tezadlar.az bildirir ki, Moskva meri Sergey Sobyanin bu barədə açıqlama verib.

O, özünün Max kanalında yazıb: “Moskvaya doğru yola düşən daha iki düşmən PUA-sı məhv edilib. Təcili yardım xidmətləri qəza yerində işləyir”.

Sobyanin daha sonra başqa bir PUA hücumunun dəf edildiyini bildirib.

Bu, günün əvvəlindən bəri vurulan PUA-ların ümumi sayı altıya çatıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…